AZ

Əliyar Ağayevin birnömrəli klub yarışında altıncı oyunu

ain.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununa çıxacaq. O, 4-cü turun "Slaviya" (Çexiya) - "Arsenal" (İngiltərə) matçının baş hakimi olacaq. Matç Bakı vaxtı ilə saat 21:54-də başlanacaq. Ona Akif Əmirəli, Zeynal Zeynalov (laysmanlar) və Elçin Məsiyev (dördüncü hakim) kömək edəcəklər.

Beləliklə, bu turda "Qarabağ"la yanaşı, Azərbaycan öz hakimləri ilə də Çempionlar Liqasında təmsil olunacaq.

QOL.az-ın xəbərinə görə, bu, 38 yaşlı Ağayevin Çempionlar Liqasının əsas mərhələsində (qrup/Liqa) idarə edəcəyi 6-cı oyun olacaq. İndiyədək Azərbaycandan heç bir hakim Avropanın bir nömrəli klub yarışında bu qədər çox sayda oyunda fit çalmayıb.

Ağayev 2022/23 mövsümündən başlayaraq həmin yarışlara təyinat alır. O, bu günə qədər ÇL-in əsas mərhələlərində "Kopenhagen" - "Borussiya" (Dortmund), "Srvena Zvezda" - "Mançester Siti", "Şturm" - "Brügge", "Bolonya" - "Monako", bu mövsümdə isə "Kopenhagen" - "Bayer" matçında baş hakim olub. O, geridə qalan bu 5 matçda ümumən 24 dəfə sarı vərəqə göstərib, qırmızı vərəqəyə isə hələlik əl atmayıb.

Qeyd edək ki, 2013-cü ildən FİFA referisi statusu daşıyan Ə.Ağayev mütamadi olaraq digər avrokubok matçlarına, eləcə də milli komandalar səviyyəsində Avropa və dünya çempionatlarının seçmə oyunlarına təyinat alır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
2
qol.az

3Mənbələr