ain.az xəbər verir, Azvision saytına əsaslanaraq.
AzVision.az bildirir ki, Ermənistanın baş naziri Nikol Paşinyan belə bəyanat verib. “Hazırda biz amerikalı tərəfdaşlarımızla Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək dəmir yolunun tikintisini müzakirə edirik. Niyə ABŞ? Çünki bu, TRIPP (Beynəlxalq Sülh və Rifah üçün Tramp marşrutu) layihəsinin tərkib hissəsidir”, - Paşinyan deyib. 
Trampın oğlu Ermənistana nəyə gəlir?
O, həmçinin regional kommunikasiyaların açılmasından sonra Rusiyanın Ermənistana dəmir yolu ilə yük daşımalarını Azərbaycan ərazisi ilə həyata keçirə biləcəyini də qeyd edib. - İndi Rusiyanın Azərbaycandan keçməklə Ermənistana dəmir yolu daşımaları təmin etmək potensialı ilə bağlı müzakirələr də aparılır”, - Ermənistanın baş naziri vurğulayıb. Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda ABŞ prezidenti Donald Trampla üçtərəfli görüşün yekunlarına görə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Bakı ilə İrəvan arasında sülh nizamlanması və materik Azərbaycanla Naxçıvan arasında nəqliyyat əlaqəsinin yaradılması haqqında birgə bəyannamə imzalayıblar. Layihəyə TRIPP (Beynəlxalq Sülh və Rifah üçün Tramp marşrutu) adı verilib. Yeri gəlmişkən, bu arada prezident Donald Trampın oğlu Donaldın noyabrın 12-də Ermənistana səfərə gələcəyini yazan erməni mediası onun burada Amerika biznesinin “TRİPP Marşrutu”nun tikintisində iştirakının hüquqi rəsmiləşdirilməsini və sonradan bu nəqliyyat arteriyasının idarə olunmasını müzakirə edəcəyini bildirib. Sahil İsgəndərov
AzVision.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.