AZ

Azərbaycanda qeyri neft qaz özəl sektorunda gəlir vergisi üzrə güzəştlərin əmək bazarına təsiri açıqlanıb

ain.az, 525.az portalına istinadən məlumat yayır.

Bu ilin sonuna qədər Azərbaycanın qeyri-neft-qaz özəl sektorunda əməkhaqqı fondunun 2019-cu illə müqayisədə üç dəfə artaraq 10,6 milyard manata çatması gözlənilir.

525.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Nazirin sözlərinə görə, qeyri-neft-qaz özəl sektorda 8 min manata qədər olan əməkhaqlarının gəlir vergisindən azad olunması nəticəsində 2019-cu il yanvarın 1-dən 2025-ci il oktyabrın 1-dək bu sektorda əmək müqavilələrinin sayı 471 min artaraq 1 milyonu ötüb.

"Sektorun cəmi əmək müqavilələrində payı 38,5 %-dən 54,1 %-ə yüksəlib. 2025-ci ilin gözlənilən göstəriciləri nəzərə alınmaqla, qeyri-neft-qaz özəl sektorda əməkhaqqı fondunun 2019-2025-ci illərdə 3 dəfə artaraq 10,6 milyard manata, məcburi sosial sığorta yığımlarının isə 3 dəfə artaraq 2,5 milyard manata çatması proqnozlaşdırılır", - deyə M. Cabbarov qeyd edib.

Onun sözlərinə görə, bu dövrdə Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində büdcədən ayırmaların payı da 2018-2024-cü illər ərzində 35 %-dən 16-17 %-ə, daha sonra 10,5 %-ə qədər azalıb.

M. Cabbarov əlavə edib ki, 1 yanvar 2026-cı ildən etibarən əməkhaqqı güzəştinin müddəti başa çatır. Güzəştin əsas sosial-iqtisadi məqsədlərinə nail olunduğunu, əmək bazarının rəsmiləşməsi sahəsində mühüm nəticələrin əldə edildiyini vurğulayan nazir bildirib:

"Bu nailiyyətləri qorumaq və daha da inkişaf etdirmək, həmçinin leqallaşma prosesinin davamı üçün daha aşağı gəlir qruplarına az vergi yükü tətbiq etməklə, qeyri-neft-qaz özəl sektorda əməliyyatların tədricən və mərhələli şəkildə vergiyə cəlb edilməsi barədə təkliflər təqdim edilib".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
42
1
525.az

2Mənbələr