AZ

Paşinyan Gəncəyə “Kirovabad” dedi

“Vaşinqton sammitindən qayıtdıqdan sonra bildirdim ki, ermənilərin Qarabağa qayıtması məsələsi zərərlidir və bu gündəliyini təhlükəli hesab edirəm. Çünki bu, münaqişənin əvvəlki parametrlərinə qayıtmaq deməkdir”.

“Cebheinfo.az” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan 4 noyabrda “Orbeli 2025” beynəlxalq forumunda bildirib.

O, bir neçə ildir ki, “tarixi vətən anlayışı əsl vətənə çevrilməsə, dünyanın dağılacağını” söylədiyini xatırladıb: 

"Sülhü qorumaq istəyirik, ya yox? Ermənistan hökumətinin və xalqının iradəsi ondan ibarətdir ki, Ermənistan və Azərbaycanın əli ilə yaradılmış sülhü qorumağa davam edəcəyik. Bu dəyər xüsusi diqqət tələb edir, biz bir çox qavrayışlarımızı yenidən nəzərdən keçirməliyik. Tarixə diqqətli olmalıyıq”.

O qeyd edib ki, kommunikasiyaların açılması kontekstində ciddi insanlar iki ölkənin vətəndaşlarının sərhəd keçidlərində bir-biri ilə ünsiyyət qurarkən psixoloji çətinliklərlə üzləşə biləcəyini deyirlər. "Amma eyni zamanda, biz onların geri qayıtmasından danışırıq. 

Deməli, 20 saniyəlik əlaqə problemdir. Amma sonra Ermənistan Naxçıvan, Bakı və Kirovabaddan (Paşinyan Gəncəni nəzərdə tutur- red.) didərgin düşmüş insanların geri qayıtmalı olduğunu deyir? Bu, məntiqi səhvdir", - deyə Baş nazir vurğulayıb.

Seçilən
45
cebheinfo.az

1Mənbələr