AZ

Filippinli tennisçi ilk dəfə WTA reytinqində “Top-20”yə yüksəlib

Filippinli tennisçi Aleksandra Eala ölkəsinin qadınlar arasında WTA reytinqində ilk dəfə “Top-20”yə daxil olan idmançısı olub.

90deqiqe.Az xəbər verir ki, bu barədə WTA rəsmi məlumat yayıb.

20 yaşlı tennisçi Honkonqda keçirilən WTA-250 turnirində ikinci mərhələyə yüksəldikdən sonra 51-ci pillədən 20-ci yerə qalxıb. O, yarışda gələcək qalib – kanadalı Viktoriya Mbokoya məğlub olub.

Cari mövsümdə Eala böyük diqqət çəkib. O, Mayamidə keçirilən WTA-1000 turnirində yarımfinala yüksələrək sensasiyaya imza atıb, həmçinin İstborn (Böyük Britaniya) turnirinin finalında avstraliyalı Maya Cointə qarşı dramatik görüşdə 4:6, 6:1, 6:7 (10:12) hesabı ilə uduzub.

Qeyd edək ki, Aleksandra Eala 2025-ci ilin yazında da WTA reytinqində ilk “100-lük”ə daxil olan ilk filippinli qadın tennisçi kimi tarixə düşmüşdü.

Seçilən
32
90deqiqe.az

1Mənbələr