AZ

Naxçıvana ayrılan dotasiya azalıb – MƏBLƏĞ

“Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri 483 milyon manat məbləğində müəyyən edilib. Muxtar respublikanın gəlirləri cari illə müqayisədə növbəti ildə 52 milyon manat (24%) artır, xərcləri isə 22 milyon azalıb”.

NOCOMMENT.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev deyib.

Nazirin sözlərinə görə, bununla dotasiya məbləği 74 milyon manat (26%) azalıb: “Bu da Naxçıvan Muxtar Respublikasında həyata keçirilən islahatların bariz nəticəsidir”.

Seçilən
18
7
nocomment.az

8Mənbələr