AZ

Paşinyan Avropa müşahidəçilərinin Azərbaycanla sərhəddən geri çəkilmə şərtini açıqladı

Ermənistan və Azərbaycan sərhədində yerləşdirilən Aİ-nin Mülki Müşahidəçilər Missiyasının (EUCM) formatı iki ölkə arasında sülh və dövlətlərarası münasibətlər haqqında saziş imzalanana qədər dəyişməyəcək.

“Yeni Sabah” armenpress-ə istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Orbeli 2025: Sülh və çoxtərəfli əməkdaşlığın qurulması” beynəlxalq forumunda çıxışı zamanı deyib.

O bildirib: “Sazişin imzalanmasından və ratifikasiyasından sonra format dəyişdirilə bilər. Artıq Aİ tərəfdaşlarımızla bu məsələ ilə bağlı daha əsaslı müzakirələr aparmışıq və hələ də aparılacaq”.

Xatırladaq ki, EUCM Ermənistanda öz fəaliyyətinə 2023-cü ilin fevralında başlayıb. 2025-ci ilin yanvarında Aİ Şurası EUCM-in Ermənistandakı mandatının daha iki il müddətinə uzadılması barədə qərar qəbul edib.

Seçilən
5
1
editor.az

2Mənbələr