AZ

İran səfiri: Tam əminliklə deyirəm ki, Azərbaycanla əlaqələr sağlam şəkildə inkişaf edir

ain.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.

“Biz çalışmalıyıq ki, bu yeni şəraitdə yaranan imkanlardan səmərəli istifadə edib, iki xalqı bir-birinə daha da yaxınlaşdıraq, iki dost və qardaş ölkənin əlaqələrini daha da dərinləşdirək. Yenidən vurğulamaq istəyirəm ki, bu prosesdə Naxçıvanın xüsusi rolu var və bu imkanlardan istifadə etməliyik”.

Bu sözləri APA-nın yerli bürosuna müsahibəsində Naxçıvanda səfərdə olan İran səfiri Müctəba Dəmirçilu deyib.

Azərbaycan və İran prezidentləri arasında dost əlaqələrinin mövcud olduğunu diqqətə çatdıran İran səfiri son bir neçə ay ərzində Prezident Məsud Pezeşkianın iki dəfə Azərbaycana gəldiyini - birinci dəfə Bakıya, ikinci dəfə isə Xankəndiyə səfər etdiyini xatırladıb: “Bu səfərlər və keçirilən görüşlər nəticəsində çox yaxşı razılaşmalar əldə olunub və münasibətlər daha da möhkəmlənib. Bu razılaşmalar həm iqtisadi sahəyə, həm də digər, o cümlədən siyasi əlaqələrə aiddir. Bu da onu göstərir ki, mövcud imkanlardan səmərəli şəkildə istifadə etməliyik. Tam əminliklə deyə bilərəm ki, hazırda həm siyasi, həm də digər sahələrdə əlaqələrimiz düzgün istiqamətdə və sağlam şəkildə inkişaf edir. Gələcəkdə isə bu münasibətlərin daha da inkişaf edəcəyinə inanırıq”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
4
icma.az

5Mənbələr