AZ

Mikayıl Cabbarov: 2026 2029 cu illər üzrə büdcə proqnozları üç ssenari üzrə hazırlanıb

Xalqcebhesi portalından verilən məlumata əsasən, ain.az bildirir.

Azərbaycanın 2026-2029-cu illərdə ümumi daxili məhsulunun (ÜDM) orta illik hesabla 3,5 % artacağı proqnozlaşdırılır.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Nazirin sözlərinə görə, büdcənin tərtibi prosesində əsas məsələlərdən biri sosial-iqtisadi inkişaf proqnozlarının hazırlanması olub:

"Qlobal geosiyasi və geoiqtisadi qeyri-müəyyənliklər, xüsusilə də dünya enerji, ərzaq və maliyyə bazarlarındakı dəyişikliklər nəzərə alınmaqla, büdcə paketi üzrə proqnozlar baza, optimist və pessimist ssenarilər əsasında hazırlanıb və bu ssenarilər büdcə tərtibi zamanı risklərin qiymətləndirilməsində istifadə edilib".

M. Cabbarov qeyd edib ki, ÜDM-nin 2026-cı ildə 2,9 %, 2026-2029-cu illərdə isə orta illik hesabla 3,5 % artacağı gözlənilir: "Qeyri-neft-qaz ÜDM-i üzrə artım tempi isə həm növbəti, həm də orta müddətli dövrdə orta illik 5 % ətrafında proqnozlaşdırılır".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
3
icma.az

4Mənbələr