AZ

Madonna futbolçuya ərə gedir

ain.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

67 yaşlı pop kraliça Madonna 29 yaşlı futbolçu sevgilisi Akim Morrisin evlilik təklifini qəbul edib.

“Qafqazinfo” “RadarOnline” nəşrinə istinadən xəbər verir ki, cütlük hələ toy tarixini elan etməsə də, hazırlıq işlərinə artıq başlanılıb.

Mümkün məkanlar arasında İtaliya, Portuqaliya və ya Madonnanın Şərqi Hamptondakı malikanəsi var.

Təxminən 850 milyon dollar var-dövləti olan müğənni bütün hüquqi məsələləri əvvəlcədən həll etmək niyyətindədir. 

“Nikah müqaviləsi mütləq olacaq, ancaq Akim etiraz etmir. O, lap əvvəldən bütün məxfilik şərtlərini qəbul edib, ona görə də bu məsələdə fikir ayrılığının olacağı gözlənilmir”, - mənbə bildirib.

Şayiələrə görə, toy bu ilin sonunadək baş tuta bilər. Yaxınlarının sözlərinə görə, Morris artıq Madonnanı “həyat yoldaşım” adlandırır. 

Bu yaxınlarda cütlük müğənninin 67-ci ad gününü Toskanada, Stinq və Trudi Staylerin villasında qeyd edib. Məclisdə Madonnanın altı övladının hamısı iştirak edib.

Qeyd edək ki, Madonna və Morris 2022-ci ildə “Paper Magazine”in çəkilişlərində tanış olublar. Həmin ilin sonunda onlar birlikdə ictimaiyyət qarşısına çıxmağa başlayıblar. 2023-cü ilin yanvarında isə cütlüyün nişanlanması haqqında şayiələr yayılıb. 

Xatırladaq ki, Madonna indiyədək Şon Penn (1985-1989) və rejissor Qay Riçi (2000-2008) ilə evli olub. Bundan başqa, müğənninin bir sıra gənc partnyorlar, o cümlədən rəqqaslar Brahim Zaibat, Timor Steffens və Ahlamalik Uilyams, boksçu Coşua Popper ilə sevgi münasibətləri olub. 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
30
2
qafqazinfo.az

3Mənbələr