AZ

Terrorsuz Türkiyə hədəfində fikir ayrılığı yoxdur - Bahçeli

BAKI,TurkicWorld, Nailə Babazadə

Millətçi Hərəkat Partiyasının (MHP) sədrı Devlet Bahçeli, partisinin Türkiyə Böyük Millət Məclisində keçirilən qrup iclasında çıxış edərək, MHP ilə İttifaq arasında “Terrorsuz Türkiyə” hədəfi ətrafında heç bir fikir ayrılığı və siyasi mübahisənin olmadığını bildirib.

TurkicWorld xəbər verir ki, Bahçeli çıxışında İsrailin Qəzza bölgəsində soyqırımı davam etdirdiyini, ateşkəs qərarından bəri 254 müdafiəsiz insanın həyatını itirdiyini və İsrailin öhdəliklərinə etibar edilmədiyini qeyd edib. O bildirib ki, İsrail soyqırımı ilə bağlı qərarlardan şəxsi maraqlar üçün istifadə edir.

Sədr həmçinin bəzi dairələrin “Terrorsuz Türkiyə” hədəfini pozmağa çalışmasının və provokasiyalara cəhd göstərməsinin heç bir əhəmiyyəti olmadığını vurğulayıb. O bildirib ki, ölkə terrorla anılan bir vəziyyətdən sürətlə qurtuluş yolundadır.

“Terrorsuz Türkiyə, ayaqlarındakı zülm zəncirlərini qıran qüdrətli Türkiyədir. Terrorsuz Türkiyə, sülh və rifah içində yaşayan xoşbəxt Türkiyə deməkdir”. - deyə Bahçeli qeyd edib.

O həmçinin parlamentdə yaradılan komissiyadan seçiləcək deputatların İmralıya gedərək mesajlar almasının prosesə güc qatacağını və MHP-nin belə bir heyətə qatılmağa hazır olduğunu bildirib.

“İttifaq yoluna davam edəcək, tarixi mübarizəsini sürdərəcək, yeni əsrin bünövrəsini əl, güc, məqsəd, inanc və ideya birliyi ilə quracaq”. - deyə Bahçeli çıxışını yekunlaşdırıb.

Seçilən
29
turkic.world

1Mənbələr