AZ

“Real” “Kristal Pelas”ın yarımmüdafiəçisini transfer etmək istəyir

“Kristal Pelas”ın yarımmüdafiəçisi Adam Uorton “Real Madrid”in diqqət mərkəzinə düşüb.

90deqiqe.Az “EL Nacional”a istinadən xəbər verir ki, 21 yaşlı futbolçu Madrid klubunun transfer siyahısındadır.

“Real”ın baş məşqçisi Xabi Alonso gənc yarımmüdafiəçini Toni Kroosun potensial əvəzləyicisi hesab edir. Klub rəhbərliyi Uortonun keçidi üçün 60 milyon avro ödəməyə hazırdır.

Uorton 2025/2026 mövsümündə “Kristal Pelas”ın heyətində 13 oyunda meydana çıxıb və bir qol ötürməsi ilə yadda qalıb. Onun London klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədə olacaq.

Seçilən
43
90deqiqe.az

1Mənbələr