AZ

Bakıda əlillik dərəcəsi vədi ilə vətəndaşı aldadan qadın saxlanıldı

Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində dələduzluq etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş D.Məhərrəmova saxlanılıb.

Doğru.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, D.Məhərrəmova bir şəxsi əlillik dərəcəsi almaqda kömək edəcəyi adı altında aldadaraq, ondan 3 min 500 manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirib.

Hazırda faktla bağlı araşdırma aparılır.

DOĞRU.AZ

Seçilən
19
22
dogru.az

10Mənbələr