AZ

Özbəkistan ABŞ ilə viza rejimini ləğv etdi

BAKI, 4 noyabr. TELEQRAF

Özbəkistan 2026-cı il yanvarın 1-dən ABŞ vətəndaşları üçün 30 günlük vizasız rejim tətbiq edəcək.

Teleqraf xəbər verir ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bununla bağlı müvafiq fərman imzalayıb.

Qərar iki ölkə arasında ticari-iqtisadi, mədəni-humanitar əlaqələrin gücləndirilməsi məqsədi ilə qəbul edilib.

Qeyd edək ki, 2021-ci ildən yalnız 55 yaşdan yuxarı ABŞ vətəndaşlarına Özbəkistana vizasız gediş-gəliş icazəsi verilib.

Seçilən
29
teleqraf.com

1Mənbələr