AZ

Avropa liderləri Trampı qıcıqlandırmamaq üçün Kolumbiyadakı sammiti boykotediblər

Avropa İttifaqı (Aİ) ölkələrinin əksəriyyətinin liderləri Latın Amerikası və Karib hövzəsi ölkələri icması (CELAC) ilə Kolumbiyada keçiriləcək sammitdə iştirakdan imtina ediblər.

Redaktor.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Agentliyin yazdığına görə, Avropa liderlərinin bu qərarının əsas səbəbi ABŞ prezidenti Donald Trampı qıcıqlandırmamaqdır. Məlumatda qeyd olunur ki, Vaşinqton Kolumbiya və Venesuela kimi ölkələri narkotiklərin qanunsuz dövriyyəsində ittiham etdiyindən, sammit Avropada diqqətlə izlənilir.

Mənbələrin bildirdiyinə görə, sammitdə cəmi beş Aİ ölkəsinin və üç CELAC dövlətinin liderləri iştirak edəcək. Almaniya kansleri Fridrix Mers də Kolumbiyaya səfərdən imtina edib. Onun mətbuat katibi Stefan Korneliusun sözlərinə görə, bu qərarın səbəbi “digər dövlət və hökumət başçılarının az fəallığı” olub.

Sammit 9-10 noyabr tarixlərində Kolumbiyanın Santa-Marta şəhərində keçiriləcək.

Nuriyyə NATİQQIZI

Seçilən
9
1
redaktor.az

2Mənbələr