AZ

“Qarabağ”ın legioneri Xorvatiya ilə oyuna çağırıldı

“Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç növbəti dəfə Monteneqro millisinə dəvət alıb.

Msport.az xəbər verir ki, bu barədə Monteneqro Futbol Federasiyası məlumat yayıb.

30 yaşlı yarımmüdafiəçi 2026-cı il dünya çempionatının seçmə mərhələsinin Cəbəllütariqlə səfər (14 noyabr), Xorvatiya ilə ev matçına (17 noyabr) çağırılıb.

Yankoviç 2016-cı ilin mayından dəvət aldığı Monteneqro millisinin heyətində bu günə qədər 56 oyunda iştirak edib, 1 qol vurub.

Seçilən
16
3
msport.az

4Mənbələr