“Roma” ciddi itki ilə üzləşib.
İdmanxeber.az-ın məlumatına görə, komandanın hücumçusu Paulo Dibala zədələnib.
Argentinalı futbolçu “Milan”la oyunda penalti zamanı sol ayaq əzələsindən xəsarət alıb və 3 həftə oynaya bilməyəcək.
Dibala bu mövsüm 9 oyunda 2 qol və 1 asistlə yadda qalıb.