AZ

BMT dünyada aclıq çəkənlərin sayını açıqladı


2024-cü ildə təxminən 673 milyon insan aclıqdan əziyyət çəkib, daha 2,3 milyard insan isə qida çatışmazlığı ilə üzləşib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə BMT Baş Assambleyasının 80-ci sessiyasının sədri Annalena Berbok BMT-nin Sosial İnkişaf Sammiti ərəfəsində Qətərin paytaxtında baş tutan Aclıq və Yoxsulluğa Qarşı Qlobal Alyans liderlərinin ilk iclasında bildirib.
Onun sözlərinə görə, dünya təşkilatı iqlim dəyişikliyi nəticəsində yaranan yeni aclıq və yoxsulluq ocaqlarını sənədləşdirir.
“İqlimdəki qeyri-sabitlik aclığa və yoxsulluğa gətirib çıxarır. Onlar miqrasiya və münaqişələrə səbəb olur, münaqişələr isə aclıq və yoxsulluğu daha da artırır”, - o qeyd edib.
O, əlavə edib ki, aclıqla mübarizə təkcə xeyriyyəçilik aktı deyil, həm də təhlükəsizlik məsələsidir.
Seçilən
17
1
yeniavaz.com

2Mənbələr