Azərbaycan I Liqası VII turunda çempionatın lideri “Şəfa” səfərdə “Mingəçevir”lə üz-üzə gələcək.
Oyundan öncə paytaxt klubunun baş məşqçisi Elgiz Kərəmli matç barədə İdmanxeber.az saytına fikirlərini bildirib:
“Mingəçevir” yaxşı təşkilatlanmış, əzimkar və keyfiyyətli komandadır. Onlar çempionluğa iddialıdırlar. Bizi çox çətin səfər qarşılayır. Rəqib evdə məğlub olmayan komandadır. Lakin biz də çempionatda məğlub olmamışıq və liderik. Bu isə bizə əlavə psixoloji üstünlük verir. Məqsədimiz hər oyunda olduğu kimi, bu qarşılaşmada da qələbə qazanmaqdır. Qələbə qazanaraq ilk pilləni əldən verməməyə çalışacağıq”.
Xatırladaq ki, görüş sabah saat 14:00-da start götürəcək.