Azərbaycan II Liqasında ötən ayın ən yaxşı qolunun müəllifi olan "Şəmkir"in futbolçusu Tural Məmmədzadə mükafatlandırılıb.
"Cebheinfo.az" Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, oyunçu "Xankəndi" ilə matçdan əvvəl təltif olunub.
Ona mükafatı PFL-in Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev təqdim edib.
"Cebheinfo.az"