AZ

Donald Tramp Ağ Evdə Mərkəzi Asiya liderləri ilə görüşəcək

ain.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp noyabrın 6-da Ağ Evdə Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan prezidentləri ilə görüşəcək.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstanın Kazinform İnformasiya Agentliyi məlumat yayıb.

C5+1 sammiti liderlərinin ABŞ və Mərkəzi Asiya arasında əməkdaşlığın perspektivlərinə dair bəyanatlar verəcəyi və geniş spektrli məsələləri müzakirə edəcəyi gözlənilir. Bundan başqa, Kennedi Mərkəzində C5+1-in 10-cu yubiley biznes konfransı keçiriləcək.

Biznes konfransı çərçivəsində ABŞ və Mərkəzi Asiya arasında iqtisadi, nəqliyyat marşrutları və təchizat zəncirləri, enerji, kritik minerallar, rəqəmsallaşma və süni intellekt və biznes sektorlarında əməkdaşlığa dair çoxsaylı sessiyalar keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
2
sherg.az

3Mənbələr