AZ

8 ayda Qarabağ və Şərqi Zəngəzurda 55 layihə maliyyələşdirilməyib

Bu ilin yanvar-avqust aylarında Qarabağ və Şərqi Zəngəzurda 55 layihənin maliyyələşməsi aparılmayıb.

 

“Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının "2026-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi Rəydə bildirilib.

 

Sənədə əsasən, bu ilin ilk 8 ayında yüksək icra fonunda işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2025-ci ildə 12 sifarişçi üzrə 55 layihənin maliyyələşməsinə nəzərdə tutulmuş 214,6 milyon manat vəsaitdən hesabat dövründə ümumiyyətlə maliyyələşmə aparılmaması əvvəlki illərdə olduğu kimi keçid layihələrin artması ilə yanaşı, ilin sonunda qalıq vəsaitin yaranacağını, eləcə də "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrasının uzadılmasını şərtləndirir.

 

Qeyd edilib ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin 82 milyon 83,8 min manat məbləğində 13, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin 59 milyon 775,5 min manat dəyərində 3, Mədəniyyət Nazirliyinin 27 milyon 413,4 min manat məbləğində 8, "Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" Publik Hüquqi Şəxsin 12 milyon 398,1 min manat dəyərində 11, "Təmiz Şəhər" ASC-nin 9 milyon manat dəyərində 1, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 7 milyon 419,4 min manat məbləğində 7, Elm və Təhsil Nazirliyi 6 milyon 975,9 min manat dəyərində 2, Qazax Rayon İcra Hakimiyyətinin 5 milyon manat məbləğində 1, 1 məxfi qurumun 3 milyon manat dəyərində 3, Kənd Təsərrüfatı Nazirliyi 850 min manat dəyərində 4, "Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" Publik Hüquqi Şəxsin 457,9 min manat məbləğində 1, "Azərenerji" ASC-nin 218,6 min manat məbləğində 1 layihəsinin maliyyələşməsi aparılmayıb.

Seçilən
12
6
senzor.az

10Mənbələr