AZ

Hakan Fidan Rusiya və Ukraynaya vasitəçilik təklifi verəcək

Türkiyə xarici işlər naziri Hakan Fidan Finlandiyaya səfəri zamanı ölkəsinin Rusiya-Ukraynada münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün diplomatik səylərə vasitəçilik etməyə hazır olduğunu bəyan etmək niyyətindədir.
Teleqraf xəbər verir ki, bu barədə TASS-a Türkiyə diplomatik mənbələri bildirib.
Fidan finlandiyalı həmkarı Elina Valtonenin dəvəti ilə Helsinkiyə səfər edəcək.
“Nazir Türkiyənin Rusiya və Ukrayna arasında münaqişənin sülh yolu ilə ədalətli və sabit həllinə nail olmaq üçün beynəlxalq səylər və diplomatik proseslərdə vasitəçilik etməyə hazır olduğunu ifadə etmək niyyətindədir”, - mənbə deyib.
Qeyd edək ki, Türkiyə xarici işlər naziri noyabrın 4-5-də Finlandiyada səfərdə olacaq.
Seçilən
4
4
sherg.az

5Mənbələr