AZ

Mehdiyevin nazir müavini olan general oğlu haradadır? - Məlum oldu

Prezident Adminsitrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin həbsindən sonra ardıcıl olaraq onun həyat yoldaşı, qızı və gəlini tutduqları vəzifələrdən azad olundular. Akademikin fövqəladə hallar nazirinin müavini vəzifəsində çalışan oğlu, general-mayor Teymur Mehdiyevin də karyerası ilə vidalaşacağına dair yayılan xəbərlər isə öz təsdiqini tapmır.

Ölkə.Az xəbər verir ki, Metbuat.az bu mövzuda yeni məlumat əldə edib. Məlumata görə, atasının həbs edilməsinə, ailə üzvlərinin vəzifədən çıxarılmasına baxmayaraq, oğul Mediyevin iş qrafikində heç bir dəyişiklik baş verməyib.

O, hər gün səhər 9-da iş yerində olur, bəzən axşam 20:00, bəzən isə 21:00-a kimi binada olur.

“Digər müavinlər kimi Teymur Mehdiyev də nazir evə getməyənədək iş yerini tərk etmir”, - sayt yazır.

Məlumatlı şəxs oğul Mehdiyevin işdən çıxarılıb-çıxarılmayacağına dair nazirlikdə hər hansı müzakirə aparılmadığını bildirib: “Hər kəs bilir ki, bu məsələ birbaşa dövlət başçısının səlahiyyətinə daxildir”.

Qeyd edək ki, general-mayor Teymur Mehdiyev 25 iyun 1975-ci ildə Gürcüstan Respublikasının Suxumi şəhərində anadan olub. O, Bakı Dövlət Universitetini bitirib, hüquq elmləri namizədidir.

Ailəlidir, 2 övladı var.

Seçilən
87
7
olke.az

10Mənbələr