AZ

Fərid Qayıbov oktaybr ayında fərqlənmiş idmançılarla görüşüb

Gənclər və idman naziri Fərid Qayıbov ötən ay ərzində beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüşüb.

Azərbaycan İdman Akademiyasında təşkil olunan idmançılarımızın beynəlxalq arenalarda qazandıqları nailiyyətləri yüksək dəyərləndirən nazir Fərid Qayıbov onları və məşqçilərini təbrik edib. Nazir qeyd edib ki, oktyabr ayında Azərbaycan Respublikasının Dövlət Himni 17 ölkədə səsləndirilib. Keçən ay idmançılarımız ümumilikdə 70 qızıl, 102 gümüş və 157 bürünc medal qazanıblar.

Görüş zamanı qeyd olunan müddətdə beynəlxalq arenalarda qazanılmış nailiyyətləri əks etdirən videoçarx nümayiş olunub. Daha sonra bir sıra idman növlərinin nümayəndələri çıxış etdikləri yarışlar və nəticələri barədə məlumat veriblər.

Sonda nazir Fərid Qayıbov idmançılara qarşıdakı yarışlarda daha böyük uğurlar arzulayıb.

Qabil YUSİFOĞLU
XQ

Seçilən
3
8
xalqqazeti.az

10Mənbələr