AZ

Veteran cüdoçumuzun dünya bürüncü

Fransanın paytaxtı Paris şəhərində cüdo üzrə veteranlar arasında dünya çempionatı start götürüb. İlk yarış günündə bir cüdoçumuz fəxri kürsüyə qalxıb. M2 yaş kateqoriyasında mübarizə aparan Qurban Məmmədli mundialın bürünc medalını əldə edib. 

100 kiloqramdan artıq çəki dərəcəsində tatamiyə çıxan idmançımız üçüncü yer uğrunda görüşdə italiyalı Pavel Qurqisi məğlub edib. 

Qeyd edək ki, Azərbaycan dünya çempionatında 34 cüdoçu ilə təmsil olunur.

Qabil YUSİFOĞLU
XQ

Seçilən
10
10
xalqqazeti.az

10Mənbələr