AZ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Youtube” platformasının gümüş plaketinə layiq görülüb

Bakı, 4 noyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi yutub kanalı izləyici sayı 100 mini ötdüyü üçün qurum “Youtube” platformasının gümüş plaketinə layiq görülüb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yutub kanalının hazırda 115 mindən çox izləyicisi var. Kanal üzərindən ictimaiyyətin əmək və məşğulluq, sosial müdafiə, əlillik və reabilitasiya, sosial xidmətlər, himayədar ailə, övladlığagötürmə və digər aidiyyəti fəaliyyət sahələrinə dair ardıcıl məlumatlandırılma işləri aparılır.

Təqdim edilən xəbər və müsahibələr, maarifləndirici videomateriallar, həmçinin proaktiv məlumatlandırma məqsədli materiallar izləyicilər tərəfindən böyük maraqla qarşılanır. Ötən dövrdə nazirliyin yutub kanalı üzərindən paylaşılan 14 mindən çox videoya 33 milyondan çox baxış olub.

Son bir ayda isə nazirliyin yutub kanalına baxış sayı video və "shorts" bölməsi üzrə 400 minə çatıb.

Seçilən
4
6
azertag.az

7Mənbələr