AZ

Pensiyalar artırılacaq? - Nazirlikdən AÇIQLAMA

Hər ilin əvvəlində pensiyalar indeksləşdirmə əsasında artırılır. Belə ki, qanunvericilik əsasında hər il bütün pensiyalar əvvəlki ilin orta aylıq əməkhaqqı artımı ilə bağlı rəsmi statistik göstərici əsasında indeksləşdirilərək artırılır.

Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, artımlar ilin əvvəlindən hesablanır.

"Prezident İlham Əliyevin Sərəncamı ilə bu il də pensiyaların indeksləşdirilərək artırılması təmin edilib: 2025-ci il yanvarın 1-dək təyin edilmiş bütün pensiyalar Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, 2024-cü il üzrə orta aylıq əməkhaqqının illik artımına uyğun olaraq 8,1 faiz indeksləşdirilməklə bu ilin 1 yanvar tarixindən artırılıb.

Bu artımlar üçün pensiyaçıların hər hansı sənəd təqdim etmələrinə, müraciətinə ehtiyac qalmır, yəni, elektron sistem üzərindən avtomatik şəraitdə həyata keçirilir", - məlumatda qeyd olunub.

Banu Hüseynli

Seçilən
19
far.az

1Mənbələr