AZ

DİM tərəfindən imtahanların təşkili xərci 2 dəfədən çox artdı

ain.az, Milli.az saytına istinadən bildirir.

Dövlət İmtahan Mərkəzi (DİM) imtahanların təşkili üçün istifadə olunan materialların satın alınmasına çəkdiyi xərci kəskin artırıb.

Milli.Az xəbər verir ki, bu barədə İqtisadiyyat.az Mərkəzin alqı-satqı müqavilələrinə əsasən məlumat hazırlayıb.

Məlumata görə, DİM imtahanların təşkili üçün istifadə olunan materialların satın alınmasına 470 107,9 manat vəsait xərcləyəcək. Mərkəz alqı-satqı ilə bağlı "Global Stationery Office" şirkəti ilə müqavilə bağlayıb. DİM-in ötən il üzrə isə bu xərcləri cəmi 209 214 manat təşkil edib. Həmin vaxt Mərkəz alqı-satqını "Leads Group Supply" şirkəti ilə həyata keçirib.

Beləliklə, builki müqaviləyə əsasən, imtahanların təşkili üçün istifadə olunan materialların satın alınmasına çəkilən xərclər ötən illə müqayisədə 261 min manat çox, təxminən 124,7% və 2,25 dəfə artıb.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
2
news.milli.az

3Mənbələr