Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Əfqanıstanda baş verən zəlzələ nəticəsində ən azı 22 nəfərin öldüyünü təsdiqləyərək, itkilərin sayını 860-a çatdırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə təşkilatın sözçüsü Kristian Lindmeyer məlumat verib.
Son məlumatlara görə, Əfqanıstanda baş verən zəlzələ nəticəsində 22 nəfər ölüb, 860 nəfər yaralanıb.
ÜST-ün məlumatına görə, onlardan 400-ü bölgədəki xəstəxanalara aparılıb, bəziləri zəlzələ nəticəsində dağılıb. Lindmeyer əlavə edib ki, bölgədə axtarış-xilasetmə əməliyyatları davam edir və ölənlərin sayı arta bilər.
Daha əvvəl TOLOnews televiziya kanalı 27 ölüm və 830 yaralanma barədə məlumat vermişdi.