AZ

Molekul Həbləri: Tərkibi Qadağan Olunan Maddə ilə Doludur, Təhlükə Daşıyır

Molekul

Sibutramin tərkibli Molekul həblərinin onlayn satışı davam edir, mütəxəssislər ciddi risklər barədə xəbərdarlıq edir Molekul həblərinin qablaşdırmasında “təbii maddələr” göstərilsə də, laboratoriya testləri tərkibində sibutramin adlı qadağan olunmuş maddənin olduğunu təsdiqləyib. Sibutramin 2010-cu ildən ABŞ, Böyük Britaniya, Avropa Birliyi və Çində istifadəsi qadağan edilib, çünki bu maddə infarkt və insult riskini artırır. Rusiyada isə sibutramin yalnız böyüklər üçün, reseptlə piylənmənin müalicəsində istifadə olunur. Lakin sibutraminin reseptsiz satışı cinayət sayılır, buna baxmayaraq onlayn satışlar dayanmır və Molekul həbləri tanınmış arıqlama preparatlarından daha ucuz qiymətə təklif edilir. Ulusum.az xəbər verir ki, Sankt-Peterburqdan olan endokrinoloq Kseniya Soloviyeva xəbərdar edir: Molekul həblərinin özbaşına qəbulu çox təhlükəlidir, çünki tərkibindəki aktiv maddələrin dozası naməlumdur. Rusiyada bu həbləri satan şəxslər həbs edilirlər, amma qanunsuz satışa nəzarət etmək çətindir. Hökumət onlayn bazarlarda Molekul həblərinin satışını qadağan etməyə çalışsa da, satıcılar onları “idman qidası” adı altında gizlədir və satışa davam edirlər. BBC-nin araşdırmasına görə, həblərin istehsal yerləri qeyri-müəyyəndir və bəzən saxta məlumatlarla təqdim olunur.Ulusum.az

Diqqət Çəkənlər

İlan Dəri Fabrikasının İçərisində: İlan Dərisindən Brendlər - VİDEO

Qəbələdə Nic kəndi – Udilər və onların Qədim Xristian İrsini Kəşf Edin - VİDEO

Evdə Sadə Çiyələkli Tiramisu - VİDEO

Seçilən
49
ulusum.az

1Mənbələr