AZ

“Qırmızı Ürəklər”ə qəbul başladı

Təhsilin İnkişafı Fondu ilə Qırmızı Ürəklər Fondunun birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına qəbul açıq elan edilib. 

“Cebheinfo.az” xəbər verir ki, Proqrama ölkə üzrə bütün ali təhsil müəssisələrinin  I kursunda bakalavriat təhsili alan tələbə oğlan və qızlar müraciət edə bilərlər. Proqram çərçivəsində seçilmiş tələbələr aylıq təqaüd qazanmaq imkanı əldə edəcəklər.

Seçim şərtləri

Təqaüd proqramında iştirak etmək üçün tələb olunan meyarlar:

Aşağıdakı sosial kriteriyalardan birinə uyğun olmalıdır:

Qeyd edək ki, yuxarıdakı sosial meyarlara cavab verən I kurs tələbələrinin seçimi zamanı qəbul imtahanında toplanılan bal əsas götürülür.

İxtisaslar haqqında

Layihə çərçivəsində ümumilikdə 20 nəfər təhsilalanın seçilməsi nəzərdə tutulur. Onlardan 10 nəfər donor şirkətin kvotasına əsasən, aşağıdakı ixtisaslar üzrə təhsil  alanlar arasından seçiləcək:

Digər 10 nəfərin seçimi isə ixtisas məhdudiyyəti olmadan həyata keçiriləcək.

Seçim prosesi onlayn müraciət, qiymətləndirmə və müsahibə mərhələlərindən ibarət olacaqdır. Seçim zamanı akademik göstəricilər və motivasiya məktubu nəzərə alınacaqdır. Yekun seçimdə müsahibə mərhələsində göstərilən nəticə əsas götürülür. 

Müsahibə zamanı namizədlərə hədəfləri, sosial vəziyyəti, fəaliyyəti, tələbələrin həyatı ilə bağlı suallar veriləcəkdir. Bütün mərhələlərdən uğurla keçən 20 tələbə aylıq 200 manat məbləğində təqaüd əldə edəcəkdir.Bu linkə keçid etməklə proqrama müraciət edə bilərsiniz.

Müraciət üçün son tarix: 18 noyabr 2025-ci il

Qeyd edək ki, Fondun təşkil etdiyi digər təqaüd proqramlarından yararlanmış şəxslər bu layihəyə müraciət edə bilməz.

Seçilən
20
4
cebheinfo.az

6Mənbələr