AZ

Nazir gələn il tətbiq olunacaq vergi güzəştlərindən DANIŞDI

Maliyyə naziri Sahil Babayev gələn il tətbiq olunacaq vergi güzəştləri barədə danışıb.
 
Moderator.az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı maliyyə naziri deyib ki, işğaldan azad edilmiş ərazilərə verilən vergi güzəştlərinin Naxçıvana da tətbiqi Muxtar Respublikanın inkişafında əhəmiyyətli rol oynayacaq.
 
Sahil Babayev qeyd edib ki, media subyektlərinin vergi güzəştlərinin müddətinin daha 3 il uzadılması, sadələşmiş vergi limitlərin artırılması, fiziki şəxslərə məxsus yaşayış sahələrinin (mehmanxanalar və mehmanxana tipli obyektlərdə yerləşən yerləşmə vasitələri istisna olmaqla) fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərdən ödəmə mənbəyində 14 faiz deyil, 10 faiz dərəcə ilə vergi tutulması çox ciddi məsələlərdir: “Eyni zamanda biz ümumi fiskal yükü 37 faizə tənzimlədik”.
Seçilən
4
7
moderator.az

8Mənbələr