AZ

“İyrənc reytinq” - Xalq artisti sərt danışdı - VİDEO

“Əsl sənətkarlar gücü işə verməlidir, reklama yox. Əgər sənətdə bazarı fikirləşirsənsə, onun adı sənət deyil, onun adı elə bazardır”.

“Yeni Sabah” xəbər verir ki, bu sözləri Xalq artisti Tünzalə Ağayeva ATV-də yayımlanan “Afaqla onlar” verilişində söyləyib. 
Müğənni bəzi ifaçılara sərt iradını bildirib:  
“Hər yerə xərclənsən, səndən nə qalar?! Sənət pul qəbul etmir, sənət sənəti qəbul edir. Əsl sənətkar olmaq üçün dəyərə xidmət etməlisən. Sənətkar bilirsiniz kimdir? Heç nəyi fikirləşmədən dəlicəsinə işinə aşiq olan. O sənətdən sənə ruzi gələcək”.
Xalq artisti həmkarlarının ucuz reklama qurban olduqlarını vurğulayıb: 
“Bir yerdə ki, bazar var, orada sənət, keyfiyyət udulur. Bazar yaxşı reytinq, qazanc gətirə bilir. Nəticədə, iyrənc reytinq qazanırıq. Beyinləri yuyan, zövqləri korlayan, insanlara qıcıq verən reytinqdir. Efirə getməmişik ki, reytinqimiz olacaq. Ziyalılar, peşəkarlar kənara çəkilməməlidir. Onlar kənarda durub, “efiri bəyənmirəm” deməməlidir. Seçməlidir. Danışığını bilməyən aparıcı qarşısında dayanmaram, çünki boş zaman itkisidir. Bunların hər biri gözəl olanda, mən də efirdə oluram”.

Seçilən
19
12
yenilik.az

10Mənbələr