AZ

“Lukoyl”a qarşı bu addım Türkiyəni “vurdu” KONKRET

ain.az bildirir, Konkret.az saytına əsaslanaraq.

“Lukoyl”a qarşı sanksiyalar Türkiyədə yanacaq qiymətlərini qaldırıb .

KONKRET.az xəbər verir ki, Türkiyənin iri dizel yanacağı tədarükçüsü “Guzel Energy” ABŞ Maliyyə Nazirliyinin “Lukoyl” və “Rosneft”ə qarşı sanksiyalarını əsas gətirərək topdansatış qiymətlərini qaldırıb.

Bu barədə “Reuters” mənbələrə istinadən məlumat verib.

Ötən il Türkiyənin ən böyük yanacaq pərakəndə satış şirkətləri arasında dördüncü yerdə olan “Guzel Energy” şirkəti sanksiyalar tətbiq edildikdən sonra dizel yanacağının idxal xərclərinin əhəmiyyətli dərəcədə artması ilə üzləşib.

“Reuters” agentliyinin verdiyi məlumata görə, Rusiyadan Türkiyəyə dizel yanacağı tədarükü 2022-ci ildə gündə 117.000 bareldən 300.000 barelə qədər artıb. Agentliyin iki mənbəyinə görə, indi türk şirkətləri əlavə həcmdə dizel yanacağı üçün yerli “Tupras” və “SOCAR” neft emalı zavodlarına müraciət ediblər və həmçinin Rusiya ilə əlaqəsi olmayan alternativ idxal marşrutları axtarırlar.

Müşviq Tofiqoğlu

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
1
konkret.az

2Mənbələr