Almaniya növbəti il Ukraynaya yardımı təxminən 3 milyard avro artırmağı planlaşdırır.
APA “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Almaniya hökumətindən olan anonim mənbə “Handelsblatt” nəşrində yazılan hesabatı təsdiq edərkən bildirib.
Qeyd edək ki, Almaniyanın 2026-cı il üçün dövlət büdcəsindən 8.5 milyard avro Ukrayna üçün ayrılıb. Bu məbləğin 11 milyardı ötəcəyi gözlənilir.