AZ

Ramiz Mehdiyevin vəkilləri şikayətlərini niyə geri götürdü? - Yeni detallar

Ramiz Mehdiyevin vəkilləri şikayətlərini niyə geri götürdü? - Yeni detallar

Ramiz Mehdiyevin vəkilləri apellyasiya şikayətlərindən imtina edib

AFN.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, dövlət hakimiyyətinə qarşı ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin vəkilləri apellyasiya şikayətlərini geri götürüblər. Bu qərar onun məlum məktubunun mətbuatda yayılmasından sonra verilib.

Məlumata görə, məktubun ictimailəşməsi müdafiə tərəfini fakt qarşısında qoyub. Apellyasiya şikayətlərinin artıq mənasız olduğunu görən vəkillər onlardan imtina ediblər.

“Boz kardinal” kimi tanınan Ramiz Mehdiyev ev dustaqlığına alınmazdan əvvəl aparılan istintaq hərəkətlərindən apellyasiya qaydasında şikayətlər vermişdi. Vəkilləri tərəfindən tələsik şəkildə təqdim edilən bu şikayətlər cinayət işi üçün mühüm sənədləri əhatə edib.

Mübahisələndirilən sənədlər arasında Səbail Rayon Məhkəməsinin 2025-ci il 13 avqust tarixli qərarı da yer alır. Həmin qərarla Mehdiyevin ətrafında kompleks əməliyyat-texniki tədbirlərin aparılmasına icazə verilmişdi. Digər qərarlara əsasən, rabitə kanalları üzərindən ötürülən məlumatlar ələ keçirilib, həmçinin “Şərq-Qərb” nəşriyyatında və digər ünvanlarda axtarışlar aparılıb.

Bu qərarlar Ramiz Mehdiyevin əməllərinin hələ uzun müddət əvvəl araşdırıldığını və istintaqın davamlı şəkildə aparıldığını göstərir.

Qeyd edək ki, Ramiz Mehdiyev dövlət hesabına təyin edilmiş müdafiəçidən əlavə, özünə iki vəkil də tutub. İndiyədək nə o, nə ailə üzvləri, nə də vəkilləri ittihamlara münasibət bildiriblər. Ötən gün isə ona yaxınlığı ilə tanınan, Prezident Administrasiyasının sabiq əməkdaşı və AMEA Katibliyinin rəisi olmuş Eldar Əmirov da eyni cinayət işi üzrə dövlət çevrilişinə cəhd ittihamı ilə həbs edilib.

Seçilən
28
29
afn.az

10Mənbələr