Avropa İttifaqı Şurası Ukraynaya dəstək proqramının 5-ci hissəsini təsdiq edib.
Sitat.info Aİ Şurasına istinadən xəbər verir ki, dəstək məbləği 1.8 milyard avro təşkil edir.
“Ukrayna dəstək proqramının 5-ci mərhələsinin icrası üçün lazım olan 9 şərti ödəyib. Maliyyə dəstəyi Ukraynanın makro-maliyyə stabilliyini gücləndirmək və ölkənin ictimai işlərinin davam etdirilməsinə yardım məqsədi daşıyır”, Aİ Şurasının bəyanatında bildirilib.
Qeyd edək ki, Ukraynaya dəstək proqramı olan “Ukraine Facility” 2024-cü il martın 1-də qüvvəyə minib.
Bu proqramda 2024-2027-ci illər ərzində Ukraynaya 50 milyard avroluq kredit və qrantlardan ibarət maddi dəstəyin göstərilməsi nəzərdə tutulub.