AZ

Daim xoruldayan insanların nəzərinə: Yuxuda anidən ölüm riski var - FOTO

25 yaşlı Levis Litl adlı şəxs çox xoruldadığına görə vəfat edib.

Azreform.info xəbər verir ki, qeyri-adi hadisə illər əvvəl İngiltərənin Northumberland qraflığının Aşinqton şəhərində baş verib.

Mərhum gəncin sevgilisi və övladının anası Liza Li Levisin yatanda həmişə xoruldadığını deyib.

Həmin gecələrdən birində Liza uşağı ilə zalda olan zaman həyat yoldaşı yatmağa gedib. 
Ancaq o çox yüksək səslə xoruldamağa başlayıb. Bu zaman Liza Levisi oyandırmaq və xorultusunu dayandırmaq üçün yataq otağına keçəndə həyat yoldaşının üzünün göyərdiyini və nəfəs almadığını görüb. 

Həkimlər Levisin bruqada sindromuna görə vəfat etdiyini söyləyib.

Liza Li bu hadisədən sonra bruqada sindromu ilə mübarizə üçün kampaniyaya start verib. Gənc ana bu xəstəliyə yoluxmuş insanların ürəyini yenidən işə salan cihaz olan implantasiya edilə bilən kardioverter defibrilyator (ICD) alınmasını təmin etmək üçün bir petisiya başladıb.

Qeyd edək ki, adətən xoruldayan insanlarda rast gəlinən bruqada sindromu ürək ritminin çox sürətlənməsi ilə müşahidə edilir. Nəzarətdə saxlanılmayan xoruldama hadisələri bu sindromun tətiklənməsinə və infarkta səbəb ola bilir. Bu sindrom irsi(genetik) pozğunluqdan qaynaqlanır. Bruqada sindromu zamanı ürəyin elektrik siqnalları pozulur, nəticədə ürək ritmi qəfil dəyişir və ürək bir anda dayanır. Bu, xüsusilə yatarkən və ya tam sakit vəziyyətdə baş verə bilər.

Billurə

Seçilən
6
2
azreform.info

3Mənbələr