AZ

Tikinti zamanı qədim şəhər qalıqları aşkarlanıb  

Rumıniyanın Alba-Yuliya şəhərində aparılan arxeoloji qazıntılar zamanı Qədim Roma koloniyası Aureliya Apulensisin qalıqları aşkarlanıb. Tapıntılar imperator Trayanın hakimiyyəti dövrünə aiddir.

Şəhərdə avtobus deposunun tikintisi zamanı Trayan dövrünə məxsus yaşayış məntəqəsinin binaları və küçələrinin qalıqları müəyyən edilib. Arxeoloqların sözlərinə görə, mükəmməl döşənmiş plitələr üzərində qədim şəhərin izləri aydın görünür. Həmçinin ərazidə varlı təbəqənin həyat tərzini əks etdirən yazılar da tapılıb. Bu yerin ümumbəşəri dəyərə malik olduğu deyilir. O, Avropanın ən mühüm tarixi abidələri sırasında yer alır.

Qeyd etmək lazımdır ki, Aureliya Apulensis koloniyası eramızın 107–108-ci illərində salınıb və o dövrdə Dakiya bölgəsinin əsas mərkəzlərindən biri olub.

Ülkər XASPOLADOVA,

 “Azərbaycan”

Seçilən
35
azerbaijan-news.az

1Mənbələr