AZ

Elvin Cəfərquliyev: “Mübarizələrdə vərəqə yox, top almağı fikirləşirəm”

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turu çərçivəsində "Çelsi" ilə qarşılaşacaq.

Apasport.az xəbər verir ki, oyundan öncə keçirilən mətbust konfransında Ağdam klubunun müdafiəçisi Elvin Cəfərquliyev jurnalistlərin suallarını cavablandırıb:

"Böyük komandaya qarşı oynayacağıq, bunun fərqindəyik. Sabah matçda inamlı, mübariz, səbirli olmalıyıq. Bilirik ki, oyunun mahiyyəti nədir. Bütün Azərbaycanın gözü bizdə olacaq. Rahat oynamalıyıq. Rəqibin müsbət və mənfi tərəflərini bilirik. Bir səhvlə hər şeyi həll edə bilərlər. Komanda olaraq oyuna hazırıq".

– Məşq etmək asandır, ya meydanda emosiyaları cilovlamaq?

– Nə deyə bilərəm? Xarakterim elədir ki, aqressivlik var, çılğın ola bilərəm. Lakin yaxşı məşq edirəm ki, xarakterim müsbətə yönlənsin. Məşq etmək də asandır.

– “Çelsi”nin sağ cinahında böyük ehtimalla Estevao oynayacaq. Ona qarşı xüsusi hazırlaşmısanmı?

– Bu cür böyük oyunlarda temp yüksək olur. Birəbir mübarizələrdə yaxşı olmağı bacarmalısan. Bu cür oyunları çox oynamışıq. İşimizi bilirik, harda nə etməli olduğumuzu bilirik. Mübarizələrdə vərəqə yox, top almağı fikirləşirəm.

– “Çelsi”nin hansı axsayan tərəfi var? 

– Onların zəif tərəflərini danışmasam yaxşıdır. Meydanda göstərmək lazımdır. Təhlillər etmişik, oyunun gedişində yüksək pressinq tətbiq edirlər. Eyni zamanda boşluq da verirlər. Sabah bundan yararlanmaq lazımdır.

Azərbaycanlı UEFA nümayəndəsi Konfrans Liqasının oyununa təyinat alıb

Yankoviç Monteneqro millisinə dəvət edilib

Azərbaycan derbisi: Ən uzun qələbə seriyası “Qarabağ”a məxsusdur

Mövsümün ilk derbisi

Ərəblər "Barsa"ya 35 milyon avro təklif edib

Seçilən
4
2
apasport.az

2Mənbələr