AZ

Azərbaycan qədər parlaq və qəti qələbə əldə etmiş ikinci bir ölkə yoxdur - RƏY

Bakı. Trend:

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəmZəfər dünya tarixində nadir hadisələrdən biridir. Müasir dövrdəAzərbaycan qədər parlaq və qəti qələbə əldə etmiş ikinci bir ölkəyoxdur.

Bu fikirləri Trend-ə Milli Məclisin deputatı Afət Həsənovabildirib.

Deputatın sözlərinə görə, Vətən müharibəsi və onun ardıncakeçirilən bir günlük antiterror əməliyyatı nəticəsində Azərbaycantam suverenliyini bərpa edib:

“Bu gün Azərbaycan öz ərazisində separatizmə son qoyub, işğalçıqüvvələri tamamilə çıxarıb və ərazi bütövlüyünü bərpa edib. Birneçə gün sonra xalqımız tarixi Zəfərin beşinci ildönümünü qeydedəcək. Həmin gün xalqımızın qürur səhifəsidir, dövlətçiliktariximizə qızıl hərflərlə yazılıb. İkinci Qarabağ müharibəsindəəldə edilən qələbə yalnız hərbi cəhətdən deyil, həm də mənəvibaxımdan mühüm əhəmiyyət daşıyırdı. Bu, əsrlər boyu xalqımıza qarşıtörədilmiş ədalətsizliklərə, işğal və vandalizmə verilmiş layiqlicavab idi”.

Afət Həsənova vurğulayıb ki, bu böyük Qələbə qəhrəmanoğullarımızın canı və qanı bahasına qazanılıb:

“Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi iləAzərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vuraraq xalqımızın 30illik həsrətinə son qoydu və torpaqlarımızı işğaldan azad etdi.Qalib xalq kimi bu gün biz şəhidlərimizin əziz xatirəsini ehtiramlayad edirik”.

Deputat əlavə edib ki, hazırda azad edilmiş ərazilərdəgenişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir:

“Qarabağ və Şərqi Zəngəzurun azad olunması ilə ölkəmizinhəyatında yeni, strateji mərhələ başladı. Əsas məqsəd bu torpaqlarahəyatın geri qaytarılması, infrastrukturun bərpası və keçmişməcburi köçkünlərin doğma yurdlarına layiqli şəraitdə qayıdışınıtəmin etməkdir. Azərbaycan dövləti bu istiqamətdə dərhal fəaliyyətəbaşlayıb. Prezident İlham Əliyevin sərəncamı ilə ‘İşğaldan azadedilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı’təsdiqlənib. 2026-cı ilin sonunadək proqramın birinci mərhələsininyekunlaşması və bu mərhələdə 140 minə yaxın məcburi köçkününQarabağ və Şərqi Zəngəzura qayıdışı nəzərdə tutulur”.

Seçilən
47
1
az.trend.az

2Mənbələr