AZ

Prezident fərman İMZALADI

Prezident İlham Əliyev “ Məhkəmə Ekspertizası” informasiya sisteminin yaradılması haqqında Fərman imzalayıb.

Sitat.info xəbər verir ki, Fərmanda deyilir ki, məhkəmə ekspertizası fəaliyyətində şəffaflığın və operativliyin artırılması ədalət mühakiməsinin həyata keçirilməsi, həmçinin təhqiqat və ibtidai istintaq zamanı obyektiv rəylərin təqdim edilməsi üçün xüsusi əhəmiyyət kəsb edir. Bu sahədə müasir texnologiyaların tətbiqi obyektiv, hərtərəfli və ətraflı məhkəmə ekspertizası tədqiqatlarının aparılmasında, yarana biləcək sui-istifadə hallarının qarşısının alınmasında olduqca vacibdir.

Seçilən
18
7
sitat.info

10Mənbələr