AZ

“Meydana “qırmızı” almağa yox, futbol oynamağa çıxıram”

“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev öz aqressivliyindən danışıb. 

Sitat.info xəbər verir ki, o bu barədə sabah Çempionlar Liqasının əsas mərhələsində “Çelsi”yə qarşı keçiriləcək oyundan öncə keçirilən mətbuat konfransında bildirib. 

“Xarakterim elədir ki, aqressivlik var. Çılğın görürəm. Hər zaman məşq edirəm ki, xarakterimə də təsir etsin. Özümü hazırlamağa çalışıram”, - futbolçu bildirib. 

“Sabah “Çelsi”nin sağ cinahında Estevao oynayacaq və o sizə qırmızı vərəqə aldırmağa çalışacaq. Buna hazırsınız?” sualına isə E.Cəfərquliyev belə cavab verib: “Bu cür oyunlarda temp yüksək olur. Rəqibin gücü bəllidir. Amma meydana “qırmızı” almağa yox, futbol oynamağa çıxıram”. 

Seçilən
31
5
sitat.info

6Mənbələr