AZ

Belə məqamlara fikir verməməliyik

“Düşünürəm ki, bizi maraqlı oyun gözləyir. Böyük tarixi olan komandaya qarşı oynayacağıq”.

Publika.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında UEFA Çempionlar Liqasının 4-cü turunun “Çelsi” ilə oyununu dəyərləndirərkən deyib. O, rəqibin görüşə ciddi yanaşdığını vurğulayıb.

“Oyuna yaxşı hazırlaşmışıq. Ümid edirəm ki, komandam verilən tapşıqları yerinə yetirəcəyik. Azarkeşlər də qarşılaşmadan zövq alacaqlar.

İnanmıram ki, Bakıda məşq etmələri onlara problem yaratsın. Belə hallar olur. Bizdə də belə vəziyyət olub. Bu səfər proqramı ilə əlaqədardır. Əksinə bu onların işinə ciddi yanaşdıqlarını göstərir. Çünki saat fərqi çoxdur, onlar London rejimini qorumağa çalışırlar.

Belə böyük komandaları bir-iki futbolçusunun olub-olmaması ilə müzakirə etməməliyik. Onlar yoxdur, başqaları var. Belə məqamlara fikir verməməli, özümüzü və azarkeşləri bu istiqamətə yönəltməməliyik”.

Seçilən
40
publika.az

1Mənbələr