AZ

® “Bir ekosistemi”ndən ticarət sənayesinin inkişafı üçün daha bir addım

“Bir ekosistemi”nin e-ticarət platforması olan “Birmarket” ölkədə biznes mühitinin inkişafına töhfə vermək məqsədilə tərəfdaşlarını “Ticarətçilər Forumu”nda bir araya toplayıb.

3 noyabr 2025-ci il tarixində baş tutan tədbirin əsas məqsədi ölkənin müxtəlif regionlarından olan ticarətçiləri bir araya gətirmək, onlar arasında təcrübə mübadiləsi və qarşılıqlı əməkdaşlığı gücləndirmək, eyni zamanda elektron ticarət sektorunun inkişafı üçün yeni imkanlar təqdim etmək idi.

Qeyd edək ki, “Birmarket” platforması tərəfdaşlarına geniş infrastruktur və hərtərəfli dəstək imkanı yaradır. Platforma ölkə üzrə 1500-dən çox “Gəl Al” məntəqəsi, on minlərlə kvadratmetr anbar sahəsi və 3,5 milyondan artıq məhsul ehtiyatı ilə fəaliyyət göstərir. “Bir ekosistemi”nə inteqrasiya sayəsində “Birmarket” ticarətçiləri üçün daha geniş imkanlar açılıb – hazırda “Birbank”ın 4 milyona yaxın aktiv müştərisi məhsulları birbaşa mobil tətbiq üzərindən sifariş edə bilir. İnteqrasiyanın tətbiqindən cəmi bir ay sonra platformaya əlavə 1 milyon yeni istifadəçi qoşulub ki, bu da “Birmarket”in bazar mövqeyinin daha da gücləndiyini göstərir.

“Bir ekosistem” ölkənin aparıcı brendləri olan “Birbank”, “Birmarket”, “m10” və “MilliÖn” brendlərini bir çətir altında birləşdirir. Eyni zamanda, ekosistem “Trendyol Azərbaycan” və “BakıKart” kimi strateji tərəfdaşlarla əməkdaşlıq edərək həm təsir dairəsini genişləndirir, həm də müştəri təcrübəsini zənginləşdirir. Bu inteqrasiya sayəsində müştərilər partnyor şəbəkəsində və ictimai nəqliyyatda QR ödənişlərdən, “Birmarket”də “Birbank” vasitəsilə kreditli alış-verişdən, “Trendyol Azərbaycan”da “Birbank” taksit kartları ilə ödənişlərdən, vahid bonus proqramından və bir çox digər yenilikçi həllərdən faydalanırlar. Bütün bu imkanlar ekosistemin dörd əsas konsepti – Vahid giriş, Vahid bonus, Vahid ödəniş və Vahid kredit platforması üzərində qurularaq müştərilərə sürətli, rahat, sərfəli və təhlükəsiz xidmət təqdim edir.

Seçilən
5
15
azertag.az

10Mənbələr