AZ

Baş nazir rus keşişə qarşı sanksiyaları dəstəklədi

Çexiyada keçirilən parlament seçkilərində qalib gələn ANO (Narazı Vətəndaşların Fəaliyyəti) hərəkatının lideri Andrey Babiş Rus Pravoslav Kilsəsini təmsil edən keşiş Hilariona qarşı sanksiyaların tətbiqini dəstəkləyib.

Publika.az “Dennik N.”ə istinadən xəbər verir ki, siyasətçi hələlik bu qərarı vermək səlahiyyətinin olmadığını bildirib.

Məlumata görə, Çexiya hakimiyyəti Hilarionun Rusiya kəşfiyyat xidmətləri ilə əlaqəsi olduğuna inanır. Bu səbəbdən səlahiyyət müddəti başa çatan Petr Fiala hökuməti ona qarşı milli sanksiyaların tətbiqini nəzərdən keçirir. Avropa işləri naziri Martin Dvorjak isə məsələni açıq şəkildə şərh etməkdən imtina edib.

Qeyd edək ki, Andrey Babiş Ukraynaya birbaşa yardımın və Aİ təşəbbüslərindən asılı olmayan silah tədarükünün əleyhinə çıxır. Bununla belə, o vəd edib ki, 2026-cı ildə koalisiya yaradaraq baş nazir postuna gəldiyi halda, Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıqlar aparmaq üçün Kiyevə səfər edəcək.

Seçilən
40
publika.az

1Mənbələr