AZ

İranın dini lideri ABŞ-la münasibətlərin bərpası üçün şərtini açıqladı - İsraillə münasibətlərə son qoyun…


İranın dini lideri Ayətullah Xameneyi münasibətlərin bərpası üçün ABŞ qarşısında şərt qoyub. Xameneyi, ABŞ Yaxın Şərqi fəlakətə sürükləməyi dayandırarsa, əməkdaşlığın yenidən nəzərdən keçirilə biləcəyini bildirib.

ABŞ-la İran arasındakı münasibətlərin mahiyyətində "əvvəldən uyğunsuzluq və maraqların toqquşması" olduğunu deyən Xamneyi, ABŞ-ın İrana qarşı düşmənçiliyinin köklərinin, nefti milliləşdirən Baş nazir Məhəmməd Müsəddiqə qarşı 19 avqust 1953-cü ildə "ABŞ və Böyük Britaniya tərəfindən təşkil edilən" çevrilişə dayandığını bildirib.

Xameneyi ABŞ-la barışıq ehtimalını rədd edərək deyib: "Amerikanın təkəbbürlü təbiəti təslim olmaqdan başqa heç nəyi qəbul etmir. Lakin, İsrail rejiminə dəstəyi dayandırarsa, hərbi bazalarını geri çəkərsə və bölgəmizə müdaxiləsini dayandırarsa, əməkdaşlıq nəzərdən keçirilə bilər".

İran lideri bunun yaxın gələcəkdə baş verməyəcəyini də bildirib.

TAHİR

Seçilən
20
baki-xeber.com

1Mənbələr