AZ

Qərbi Azərbaycana qayıdış strategiyası: Prezident mühüm mesajlar verdi

Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyinə həsr olunmuş yığıncaqda çıxışı zamanı azərbaycanlıların indiki Ermənistana - Qərbi Azərbaycana qayıdışı ilə bağlı səsləndirdiyi fikirlər bir neçə amil fonunda xüsusi əhəmiyyət kəsb edir.

Birinci amil: Rəsmi Bakının soydaşlarımızın öz doğma yurdlarına qayıdış hüququnun təmin edilməsi hədəfi dəyişməyib.

Rəsmi İrəvan azərbaycanlıların qayıdış hüququnu rəsmi Bakı tərəfindən danışıqlar prosesində manevr imkanı olaraq istifadə edildiyini hesab edirdi. Və düşünürdülər ki, Azərbaycanın tələblərinin yer aldığı sülh sazişinin imzalanmasından sonra bu məsələ gündəmdən çıxacaq. Vaşinqtonda sülh sazişinin paraflanmasına da bu kontekstdə yanaşırdılar. Lakin Prezidentin səsləndirdiyi fikirlər bir daha təsdiq etdi ki, azərbaycanlıların qayıdış hüququnun təmin edilməsi ilə bağlı mövqe dəyişməyib. Dövlət başçısı bildirdi ki, azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqını və dövlətini qorxutmamalıdır: “Mən bunu artıq bir müddət bundan əvvəl demişəm. Biz öz tarixi torpaqlarımıza qayıtmalıyıq, tanklarla yox, avtomobillərlə qayıtmalıyıq. Bunu etmək üçün əlbəttə ki, əsas vəzifə dövlətin üzərinə düşür”.

İkinci amil: Azərbaycanlıların qayıdışı sülh şəraitdə baş tutacaq.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan xalqı böyük coğrafiyada yaşayıb və yaşayır.

Təkcə onu demək kifayətdir ki, bizim hüdudlarımızın o tayında hər istiqamət üzrə Azərbaycan əhalisi yaşayır. Ermənistanda da yaşayıb, amma oradan qovulub. Amma əminəm ki, yenə də yaşayacaq. Çünki biz bu gün bütün qonşu ölkələrlə sərhədlərimizin o tayında görürük ki, orada Azərbaycan əhalisi öz əzəli tarixi torpaqlarında yaşayır və yaşadıqları ölkələrdə ləyaqətli vətəndaşlar kimi yaşayırlar. Azərbaycanlılar heç vaxt separatizm xəstəliyinə düçar olmamışlar. Bizim xalqımız yaşadığı ölkələrin dövlətçiliyinə töhfə verib və bu gün heç bir ölkədə azərbaycanlılar heç bir dövlət üçün, heç bir başqa xalq üçün problem yaratmır və yaratmayacaq”, - deyə Prezident qeyd etdi. Və əlavə etdi ki, buna görə azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqını və dövlətini qorxutmamalıdır. Dövlət başçısının bu fikirlərində mühüm mesajlar yer alır.

Seçilən
47
publika.az

1Mənbələr