AZ

Professor: Azərbaycan tarixinin müstəqilliyimizin imkanları çərçivəsində təbliğinə ehtiyac var RƏY

ain.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı erməni diasporu tərəfindən uzun illər tariximizin təhrif edildiyini bildirib: “Bizim zəngin tariximiz əfsuslar olsun ki, Ermənistan tərəfindən, erməni diasporu tərəfindən uzun illər ərzində təhrif edilmişdir və bu istiqamətdə bizə qarşı aparılan təbliğat bu gün də dayanmır”.

Prezidentin çıxışındakı bir sıra məqamlarla bağlı APA-ya açıqlama verən tarix elmləri doktoru, professor Boran Əziz bildirib ki, Prezident AMEA-nın 80 illiyində gənc nəslin milli-vətənpərvər ruhda tərbiyə edilməsi və onun əhəmiyyəti barədə çox doğru fikirlər söyləyib.

44 günlük Vətən müharibəsi xalqımızın hansı ruhda olduğunu açıq-aşkar sübut etdi

“Gənc nəslin milli-vətənpərvər ruhda tərbiyə edilməsində Azərbaycan dili və tarixinin düzgün öyrənilməsi, təbliği əhəmiyyətli dərəcədə böyükdür. Məsələ burasındadır ki, dövlətin gücü ordu, silah, texnika ilə yanaşı, həm də dövlətdə yaşayan insanların şüurluluq səviyyəsinin yüksək olmasındadır. Bu, dövlətin gücünü birə on artırır. Dövlət də özü ayrı-ayrı ailələrdən ibarətdir. Ailədə vətənpərvərlik və milli şüur zəifdirsə, milli-mənəvi dəyərlərə bağlılığı azdırsa, qan yaddaşı pozulubsa, o zaman dövlətin vəziyyətini təsəvvür etmək olmaz.

44 günlük Vətən müharibəsi xalqımızın hansı ruhda olduğunu açıq-aşkar sübut etdi. Bunun çox böyük əhəmiyyəti var. Möhtəşəm Zəfərimizdə, qələbəmizdə xalqın dövlətə bağlılığı özünü göstərdi. Xalqda belə fikir və düşüncənin formalaşdırılmasında da tarix elminin yeri düzgün müəyyənləşdirilməlidir. Həm də bu məsələdə, əslində, Azərbaycan ərazisində qədim dövlətlərin yaranmasından başlayaraq, oğuz-türk xalqlarının tarixi, məişəti, mədəniyyəti, onların bu ərazidə yaratdıqları dövlətlərin özünəməxsus cəhətləri, sonrakı illərdə isə Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi və digər dövlətlərlə bağlı düzgün tarix yazmağa ehtiyac var”.

Boran Əziz ermənilərin tarixi faktları təhrif etməsi məsələsinə toxunub: “Bu tarixə mane olan cəhətlərdən biri də ermənilərin demək olar ki, XIX əsrdən başlayaraq tarixi təhrif etməsidir. Azərbaycan tarixinin əksər hissəsinin ya təhrif edilməsi, ya da ümumiyyətlə, öz adlarına çıxarılması yolverilməz haldır. Onların Azərbaycan tarixində oynadıqları mənfi rol hər kəsə məlum olsa da, Azərbaycan tarixinin müstəqilliyimizin imkanları çərçivəsində təbliğ edilməsinə ehtiyac var.

Cənab Prezidentin vaxtaşırı tariximizlə bağlı tövsiyələrindən irəli gələrək demək mümkündür ki, biz tariximizi öyrənməklə yanaşı, onu müasir üslub və təbliğat çərçivəsində Zəfər günü baxış bucağından öyrənməyə ehtiyac duyuruq. Bu baxımdan Prezidentin söylədiyi fikirləri ziyalılar diqqətə almalı və dərs çıxarmalıdır”.

Gələcəkdə Azərbaycan tarixi kiçikhəcmli əsərlər vasitəsilə də geniş kütləyə çatmalıdır

Professor vurğulayıb ki, tarix elminin geniş kütləyə çatması üçün Azərbaycan tarixinin uzun-uzadı, fundamental şəkildə aparılması və yazılması ilə yanaşı, gələcəkdə kiçik həcmli əsərlər vasitəsilə həm Azərbaycan oxucusuna, həm də xarici dillərə tərcümə edilərək Respublikamızdan kənardakı auditoriyaya çatdırılmasına zərurət var.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
2
apa.az

3Mənbələr